Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun ən yaxşı futbolçusu müəyyənləşib.

Offsideplus.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev ən yaxşı futbolçu adına layiq görülüb.

Bolqarıstanlı oyunçu X turda "Sumqayıt"ı2:0 hesabı iləməğlub etdikləri matçda ilk qolun müəllifi olub.

Qeyd edək ki, həftənin futbolçusu “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir. Simeon Slavçev X turun rəmzi komandasında da yer alıb.