AFFA İntizam Komitəsinin iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, iclasda Premyer Liqanın son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasının 7-ci turunun təxirə salınmış “Keşlə” - “Qarabağ” matçının 88-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Samir Məsimov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının 10-cu turunun “Zirə” - “Səbail”matçının 60-cı dəqiqəsində “Səbail”in futbolçusu Şəhriyar Rəhimov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.