Azərbaycan Premyer Liqasında və Birinci Divizionda çıxış edən klublara yeni toplar verilib.

Offsideplus.az xəbər verir ki, AFFA ilə "Nike" şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində Premyer Liqanın hər bir komandasına 25, 1-ci divizion təmsilçilərinə isə 10 top təqdim edilib.

Xatırladaq ki, mövcud əməkdaşlıq çərçivəsində 2019/2020-ci il mövsümündə və cari mövsüm ərəfəsində də Premyer Liqa klublarına "Nike" topları təqdim olunub.