“Sabah” daha bir futbolçusu ilə yollarını ayırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Abbas Ağazadə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Gənc yarımmüdafiəçi 2019-cu ildən “Sabah”da çıxış edirdi.

Qeyd edək ki, "Sabah" qış fasiləsində Yevgeni Koçukla da yolları ayırıb. Ocan Can Kökçü isə Niderlandın "Telstar" klubuna icarəyə göndərilib.