“Zirə” klubunda yeni məşqçi təyinatları olub.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Vaqif Paşayev, eləcə də Hacı Əhmədov bundan sonra paytaxt klubunun əsas komandasında çalışacaq.
Klubun mətbuat xidmətinin yaydığı məlumatda hər iki mütəxəssisin baş məşqçi Rəşad Sadıqovun köməkçisi təyin edildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Vaqif Paşayev Rəşad Sadıqovun futbola ilk başladığı vaxtlarda müəllimi olub.
vaqif pasayev 1024x738
haci ehmedov 1024x711