“Keşlə” futbolçusu Dmitri Klotsla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə“Footboom” portalı Bakı klubunun ukraynalı yarımmüdafiəçi ilə müqaviləyə xitam verdiyini yazıb.
Ötən ilin yayından “Keşlə”də çıxış edən Klotsun müqaviləsi mövsümün sonuna qədər idi. 24 yaşlı yarımmüdafiəçi Premyer Liqada 13 oyunda 1 qol vurub.