"Neftçi"nin keçmiş futbolçusu Kvame Karikarinin yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı hücumçu Misirin ENPPI komandasına transfer olub. Klubun rəsmi saytında verilən məlumata əsasən, qanalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2018/2019 mövsümünün birinci yarısını "Neftçi"də keçirmiş Kvame Karikari flaqmanın heyətində 10 oyuna 2 qol vurub.