Azərbaycan Premyer Liqasının təmsilçiləri əsas diqqəti qış transferlərinə yönəldib. Yanvarda səviyyəli azad agentinə sahib futbolçu tapmaq müşkül olsa da, klublar boş dayanmır.

Offsideplus.az klublardan ayrılan və yeni gələn futbolçuların adlarını təqdim edir. 

Neftçi

Gedənlər: Prins İbara ("Beerşot", Belçika. Müqavilə ilə məxsus olduğu kluba qayıdıb), Cabir Əmirli ("Sumqayıt", icarə)

Gələn: yoxdur

Qarabağ

Gedən: Musa Qurbanlı ("Zirə", icarə)

Gələn: yoxdur

Zirə

Gedənlər: Rəşad Eyubov, Kayo Rangel

Gələn: Musa Qurbanlı ("Qarabağ", icarə)

Sumqayıt

Gedən: yoxdur

Gələnlər: Cabir Əmirli ("Neftçi", icarə). Mehdi Şərifi, Höccət Haqverdi (hər ikisi "Peykan")

Qəbələ

Gedən: yoxdur

Gələn: yoxdur

Səbail

Gedənlər: Arsen Ağcabəyov ("Sabah", icarəsi başa çatıb), Murad Qayalı, Əli Sadıxov, Orxan Qurbanlı, Bəxtiyar Rəhmani, Elgün Nəbiyev

Gələn: yoxdur

Keşlə

Gedənlər: Şahrux Qadoyev, Artur Batista, Alvaro Tavareş, Aleksandr Kriştovao. Dmitri Klots

Gələnlər:: Anatole Abanq ("Şerif", Moldova), Nicat Qurbanov ("Samtredia", Gürcüstan), Sadio Tounkara ("Narva-Trans", Estoniya)

Sabah

Gedənlər: Yevgeni Koçuk, Ozan Can Kökcü ("Telstar", Hollandiya, icarə). Abbas Ağazadə, Ulisse Diallo

Gələnlər: Bəxtiyar Həsənalızadə ("Zirə"), Arsen Ağcabəyov ("Səbail", icarədən qayıdıb), Tiemoko Fofana ("İlves", Finlandiya, icarə)