Bu gün Azərbaycan Premyer Liqasında XI turun növbəti oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, turun ikinci günündə iki qarşılaşma baş tutub.. "Keşlə" saat 14:00-da "ASK Arena"da "Sabah"ı qəbul edib: 1:1.  

Günün son görüşü "Səbail""Qarabağ" arasında baş tutub. Ağdam təmsilçisi saat 14:00-da “ASCO Arena”da "Səbail"in qonağı olub: 1:1. 

29 noyabr

Azərbaycan Premyer Liqası, XI tur

14:00. "Keşlə” – “Sabah” 1:1 (M.Kolli, 85. - K.Kubemba, 60.)

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“ASK Arena”

 

16:00. “Səbail” – “Qarabağ” 1:1 (A.Yunanov, 57. - D.Gerye, 64.)

Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“ASCO Arena”

Qeyd edək ki, XI tura noyabrın 30-da keçiriləcək "Sumqayıt" - "Qəbələ" matçı ilə yekun vurulacaq. İlk oyun günündə "Neftçi" evdə "Zirə" ilə qolsuz heç-heçə edib.