"Neftçi"nin futbolçusu Anton Krivotsyuk koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, ukrayna əsilli müdafiəçinin COVİD-19 testinin nəticəsi pozitiv çıxıb.

Krivotsyuk bu səbəbdən "Neftçi" - "Zirə" qarşılaşmasını buraxmalı olub. 

Qeyd edək ki, "Neftçi"də koronavirusa yoluxmuş futbolçular Emin Mahmudov Mirabdulla Abbasov artıq virusdan sağalıb.