"İlk növbədə yeni təyinatı ilə bağlı Samir Abasovu təbrik etmək istəyirəm. Bir yerdə futbol oynamış, uzun müddət bir yerdə oxumuşuq. Həmçinin yaxın dostdur. Ona uğurlar arzulayıram".

Offsideplus.az xəbər verir ki, bu sözləri Rəşad Sadıqov "Neftçi" - "Zirə" qarşılaşmasından sonra baş tutan mətbuat konfransında deyib. Oyunun maraqlı keçdiyini bildirən mütəxəssis görüş barədə danışıb:

"Oyuna gəlincə, çox maraqlı oyun keçdi. Bəzi epizodlarda "Neftçi" topa nəzarət edir, bəzi məqamlarda isə biz nəzarət edərək "Neftçi"ni müdafiəyə məcbur edirdik. Oyun çox qol epizodu olmadan keçdi. Hər iki komanda müdafiədə səhvlər buraxırdı. Oyunun son 15 dəqiqəsi "Neftçi"nin üstünlüyündə keçdi, biz müdafiədə idik".