Azərbaycan Premyer Liqasının XI turunun “Sumqayıt” – “Qəbələ” matçının tarixi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Peşəkar Futbol Liqası təxirə salınan matçın keçiriləcəyi günü açıqlayıb.

Bildirilib ki, bəzi futbolçuların koronavirus testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınan qarşılaşma noyabrın 30-da baş tutacaq. Həmin gün "Kapital Bank Arena"da keçiriləcək oyun saat 16:00-da start götürəcək.

Qeyd edək ki, noyabrın 27-də keçirilməli olan görüş bəzi futbolçularda koronavirus testinin pozitiv çıxması səbəbindən təxirə salınmışdı.