Sabah Premyer Liqanın 11-ci turu çərçivəsində baş tutmalı olan "Sumqayıt" - "Qəbələ" görüşü koronavirus səbəbindən qeyri-müəyyən vaxta təxirə salınıb. Səbəbsə bəzi futbolçuların verdiyi koronavirus testinin müsbət nəticələnməsidir.

Offsideplus.az xəbər verir ki, yoluxma "Qəbələ"də qeydə alınıb. Xeyli sayda futbolçu infeksiyaya bulaşdığından PFL oyunun təxirə sayılmasını məqbul sayıb.

Qeyd edək ki, buna qədər elitanın bütün təmsilçilərində koronavirusa yoluxma faktı qeydə alınsa da, bu mənada "Qəbələ"nin başı uca idi.