"Qarabağ" klubun mətbuat katibi Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bunu klubun baş direktoru Emrah Çelikel offsideplus.az-a verdiyi açıqlamada deyib. 

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Qərardan bu gün xəbər tutduq. Bir azdan da "Sivasspor"la oyun üçün stadiona gedəcəyik. Ona görə də bu gün üçün edə biləcəyimiz bir şey yoxdur. Yenə də məsələnin kökünə varıb, detallara baxacağıq. Bizə qarşı haqsızlıq olunubsa, haqqımızı müdafiə etmək üçün lazım olan müraciəti edəcəyik. Bizim baxışımızdan cəza ağırdır. UEFA-nın qərarlarına hörmətlə yanaşırıq, amma yenə də məsələyə hər tərəfli baxacağıq. "Sivasspor"la oynayaq, Bakıya qayıdaq kimi bu işlə məşğul olacağıq".

Qeyd edək ki, UEFA "Qarabağ"ın mətbuat katibinin futboldan ömürlük uzaqlaşdırılmasını qərar alıb. "Qarabağ"a isə 100 min İçveçrə frankı (187 min manat) məbləğində cərimə kəsilib.