Ölkəmizdə koronavirusun ikinci dalğası yaşanır. Son günlər yoluxma sayının artması bunun bariz nümunəsidir.

COVID-19 Premyer Liqa klublarından da yan ötməyib. 8 komandadan 7-si bu problemlə üzləşib. Mövsümün əvvəlindən bəri yalnız "Qəbələ"də koronavirusa yoluxan aşkarlanmayıb. Klubda indiyədək heç kimin testinin nəticəsi müsbət olmayıb.

"Sabah"ın 4 futbolçusu infeksiyaya yoluxub. Onlardan Ceyhun Nuriyev, Elşən AbdullayevAbbas Ağazadə sağalıb. Təmkin Xəlilzadənin testinin nəticəsi isə yığmanın düşərgəsində müsbət çıxıb və o, hazırda Xorvatiyadadı.

"Zirə"də legionerlər - Ali SesayKlesio Bauk müvafiq olaraq Syerra Leone və Mozambik yığmalarının düşərgəsində bu problemi yaşayıblar. Baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən Eltun Yaqublu da koronavirusa yoluxanlardandı. Hazırda qəsəbə təmsilçisində fəal xəstə yoxdu. Onlar özünütəcrid prosesindən keçəndən sonra sağalıblar.

"Sumqayıt"da yalnız Səbuhi Abdullazadə koronavirusa yoluxub. Futbolçu 14 günlük karantindən sonra sağalıb. Yarımmüdafiəçi “Qarabağ”la matçda meydana da çıxmışdı.

Son illərin dəyişməz çempionu "Qarabağ"ın iki üzvündə virus aşkarlanıb. Bunlar müdafiəçilər Maksim MedvedevRahil Məmmədovdu. Hər iki oyunçunun testinin nəticəsi yığmanın düşərgəsində müsbət çıxıb. Medvedev Lüksemburqda, Məmmədov isə Xorvatiyada karantindədi.

"Neftçi"nin yeni transferi Prins İbara Konqo yığmasının heyətində COVID-19-a yoluxsa da, artıq sağalıb. Paytaxt təmsilçisində hazırda kapitan Emin Mahmudov və hücumçu Mirabdulla Abbasovun son test nəticələri müsbət çıxdığı üçün karantinə alınıblar.

Hazırda "Keşlə"nin iki futbolçusu koronavirus xəstəsidi. Vüsal İsgəndərliRəhman Hacıyev komandadan uzaq düşüblər. Onlar ev şəraitində özünütəcrid prosesindən keçirlər.

"Səbail" koronavirusun "vətəni" hesab oluna bilər. Əvvəlcə Kamal Qurbanovla komandanın həkiminin testinin nəticəsi müsbət olmuşdu. Daha sonra adı açıqlanmayan 4 oyunçunun testinin nəticəsi müsbət çıxdı və "Sabah"la şənbə günü keçirilməli olan matç dünənə təxirə salındı. Kamal Qurbanov artıq sağalıb. Elgün Nəbiyev, Vüqar Bəybalayev, Əfran İsmayılovMirsahib Abbasov isə hazırda karantindədi və ev şəraitində müalicə alırlar. (Futbol+)