AFFA İntizam Komitəsi "Sumqayıt" klubunu 800 manat məbləğində cərimələyib.

Offsideplus.az xəbər verir ki, buna komandanın Premyer Liqanın X turunda səfərdə "Qarabağ"a 1:6 hesabı ilə uduzduğu matçda 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub.

Komitə "Zirə" klubuna da eyni cəzanı verib. Qəsəbə təmsilçisinin 4 oyunçusu "Keşlə"yə evdə 3:1 hesabı ilə qalib gəldikləri matçda sarı vərəqə alıb.