“Neftçi” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 10-cu turunun “Qəbələ” ilə matçına təsadüf edib. Səfər görüşünədək bütün qələbələri bir top fərqi ilə (iki dəfə 1:0, iki dəfə 2:1) olan “ağ-qaralar” 4:1 hesabına sevinib.

Bununla da “Neftçi”nin böyükhesablı qələbə qazandığı mövsümlərin sayı 28-ə çatıb. Yalnız 2015/16 mövsümündə belə nəticəsi olmayan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.

Qeyd edək ki, ümumilikdə 128-ci dəfə üç və ya dah çox top fərqi ilə qalib gələn “Neftçi” bu göstəricidə də rekorda sahibdir.