Premyer Liqanın 10-cu turuna bu gün yekun vuracaq  "Səbail" "Sabah"la səfər matçına itkilərlə çıxacaq.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisində COVİD-19 problemi tam aradan qalxmayıb.

Belə ki, komanda üzvləri təkrar test verməli olub və 4 futbolçuyla bağlı şübhə qaldığından, onlar dünən keçirilən son məşqdən kənarlaşdırılıb. "Korona" problemi olanlarla bağlı bu gün Masazırdakı matç zamanı rəsmi məlumat veriləcək. Bu yerdə bildirək ki, "dənizçilər" əvvəlki turda 2 üzvündə testlərin cavabı pozitiv çıxdığına kənarlaşdırmışdı. Bunlar müdafiəçi Kamal Qurbanovla komandanın həkimi Mahir Əmiraslanov idi. Hər ikisi iki həftə karantin keçdikdən sonra yenidən test veriblər və bu dəfə cavablar neqativ çıxdığından, düşərgəyə dönüblər.

Xatırladaq ki, "Sabah" - "Səbail" matçının vaxtı qonaqların bəzi futbolçularının COVİD-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün noyabrın 21-dən 23-nə dəyişdirildi. (sport24.az)