Millinin daha iki futbolçusu koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, yığma üzvləri – Vüsal İsgəndərliRəhman Hacıyevin test nümunələri pozitiv çıxıb.

Bu səbəbdən hər iki futbolçu “Keşlə”nin “Zirə”yə qarşı Premyer Liqanın 10-cu oyunu üçün heyətinə daxil edilməyib. Yığmanın düşərgəsindən qayıtdıqdan sonra test verən bu yarımmüdafiəçilərdə problem aşkarlandığından, hər ikisi dərhal karantinə alınaraq, müalicəyə başlanıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycan millisinin düşərgəsində Maksim Medvedev, Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa toluxub. Millidən dönən "Neftçi"nin hücumçusu Mirabdulla Abbasovda da COVUD-19 aşkarlanıb.