"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, bunu "Qəbələ" ilə səfər matçından sonra baş tutan mətbuat konfransında "ağ-qaralar"ın yeni baş məşqçisi deyib. Samir Abasov qeyd edib ki, bugünkü görüşə çıxmağı planlaşdırılsa da, Mirabdullanın COVİD-19 testinin cavabı müsbət olub:

"Emin Mahmudovla yanaşı, Mirabdulla Abbasov da COVİD-19-a yoluxduğu üçün bura gəlməyib. O, bizimlə cəmi bir dəfə məşq etdi. Çox həvəsli idi, bizi ümidləndirmişdi. Bu gün 100 faiz meydana çıxacaqdı, amma təəssüf ki, testin cavabı pozitiv oldu”.