Azərbaycan Premyer Liqasında X turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, ikinci oyun günündə "Qəbələ" evdə "Neftçi"ni qəbul edib. Görüş "Qəbələ Şəhər Stadionu"nda saat 14:00-da başlayıb: 1-4.

Günün son oyunu “Zirə” və “Keşlə” komandaları arasında olub. Saat 16:00-da baş tutan matç "Zirə İdman Kompleksinin stadionu"nda keçirilib: 2:1

Qeyd edək ki, Təxirə salınmış "Sabah" - "Səbail" oyunu 23 noyabr saat 16:00-da "Bank Respublika Arena"da baş tutacaq.

 

Azərbaycan Premyer Liqası, X tur

22 noyabr 

14:00. “Qəbələ” – “Neftçi” 1:4 (Y.Nəbiyev, 61. - A.Krivotsyuk, 38, 51. N.Ələskərov, 58. P.İbara, 90+3.)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
"Qəbələ şəhər stadionu"

 

16:00. “Zirə” – “Keşlə” 3:1 (D.Çantakias, 33. A.Ramazanov, 60. K.Bauk, 90+4 - K.Bauk, 74. - avt.)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
"Zirə İdman Kompleksinin stadionu"