Təxirə salınmış "Sabah" - "Səbail" oyununun keçirilmə vaxtı müəyyənləşib.

Offsideplus.az PFL-a istinadən xəbər verir ki, görüş 23 noyabr saat 16:00-da "Bank Respublika Arena"da baş tutacaq.

Xatırladaq ki, bu gün keçirilməsi nəzərdə tutulan matç bəzi futbolçuların COVİD-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınmışdı.