Azərbaycan Çempionatının son üç turunda keçirdiyi görüşlərdə "Qarabağ" yüksək göstəriciyə sahibdir.

Offsideplus.az xəbər verir ki, Ağdam klubu çıxdığı son üç oyunda böyükhesablı qələbələrlə yadda qalıb.

Belə ki, "Keşlə"yə 6:1, "Neftçi"yə 0:6 və bu gün baş tutan görüşdə "Sumqayıt"a 6:0 hesabı ilə qalib gələn "Qarabağ" komandası ümumilikdə 18 qol vurub. "Köhlən atlar"ın qolkiperləri Şahruddin Məmmədəliyev ("Sumqayıt"a qarşı) və Emil Balayev ("Keşlə"yə qarşı) qapısından hərəyə bir qol buraxıb.