Bu gün Azərbaycan Premyer Liqasında X tura start verilib.

Offsideplus.az-ın məlumatına görə, günün yeganə matçında 15 xalla 2-ci sırada olan "Qarabağ"la eyni xala malik lider "Sumqayıt" münasibətlərinə aydınlıq gətirib: 6-1.

Ehtiyatda 1 matçı olan Ağdam klubu meydana ciddi itkilərlə çıxıb. Koronavirusa yoluxan kapitan Maksim Medvedev və Rahil Məmmədovla yanaşı, zədəli Patrik Andrade ev qarşılaşmasında forma geyinə bilməyib.. Zədədən əziyyət çəkən digər futbolçular - Abbas Hüseynov və Xayme Romeronun matçda iştirakı isə sual altında olub. “Qarabağ” 19 oyunda meydanı qolsuz tərk etməyib. “Sumqayıt” son 9 səfər matçında məğlub olub.

Bu gün keçirilməli olan “Sabah” – “Səbail” oyunu bəzi futbolçuların yenidən COVID-19 testindən keçəcəkləri ilə əlaqədar təxirə salınıb. 

Azərbaycan Premyer Liqası

X tur

16:00. "Qarabağ" - "Sumqayıt" 6:1 (D.Gerye, 29, 45+1. A.Zubir, 33, 89. T.Bayramov, 53. M.Emreli, 75. - T.Mütəllimov, 87.)
Hakimlər:
 İNQİLAB MƏMMƏDOV, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Azersun Arena".

Qeyd edək ki, turun digər oyunları noyabrın 22-də olacaq.