Azərbaycan Premyer Liqasının X turu üzrə 21 noyabrda baş tutacaq “Sabah” – “Səbail” oyunu təxirə salınıb.

Offsideplus.az PFL-a istinadən xəbər verir ki, bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün görüş ləğv edilib.

Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.