"Qarabağ"dakı vəziyyət ürək ağrıdır.

Yığmanın sonuncu toplanışından sonra ağdamlıların birdən-birə dörd futbolçusunun sıradan çıxması Qurban Qurbanovun işini əməlli-başlı çətinə salıb. Abbas Hüseynovla Bədavi Hüseynov Bakıya zədəli qayıtdı, Maksim Medvedevlə Rahil Məmmədov isə COVİD-19-a yoluxduğuna görə Lüksemburq və Xorvatiyada qalmalı oldu.

Offsideplus.az xəbər verir ki, Hüseynovlar Premyer Liqanın 10-cu tur çərçivəsində sabah "Sumqayıt"la keçiriləcək oyunda iştirak edə bilməyəcəklər. Abbasın arxa əzələsində hissəli yırtıq aşkarlanıb, Bədavinin durumu da onunkinə oxşardır. Odur ki, Maksim , Rahil Bədavi və Abbas "Sumqayıt"a qarşı oynamaqdan məhrumdur. O cümlədən digər zədəli Patrik Andrade.

Adıçəkilənlərin "Sivasspor" qarşılaşmasına qədər hazır olub-olmayacaqları isə sual altındadır. Medvedevlə Məmmədovun vətənə qayıdacağı gün bəlli deyil. Ən qısa vaxtda qayıtsalar belə, təxminən bir həftə məşqsiz qalması fiziki durumlarında özünü göstərəcək. Hüseynovlara gəlincə, onların taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Filip OzobiçPatrik Andrade də noyabrın 26-da "Sivasspor"la görüşdə meydana çıxa bilməyəcək. Birinci cəzalıdır, ikinci zədəsinin müalicəsi ilə məşğul olur.