“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının hücumçusu Mahir Mədətovu cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı hücumçu əvəzedici heyətə göndərilib. Q.Qurbanov Mahirin hazırda lazımi formada olmadığını əsas gətirərək bu qərarı verib.

Qeyd edək ki, M.Mədətov “Qarabağ”ın “Kəpəz”ə qarşı ötən şənbə Premyer Liqada keçirdiyi görüşün iştirak ərizəsində olmayıb. Bir gün sonra isə M.Mədətov əvəzedicilərin oyununda iştirak edib.

sport7.az saytı isə məlumat yayıb ki, M.Mədətov məşqə gecikdiyi üçün Q.Qurbanov onu əvəzedici heyətə göndərib. Onun əsas komandaya nə vaxt dönəcəyi hələ bilinmir.

Qeyd edək ki, bu yaxınlarda Q.Qurbanov Elvin Yunuszadəni də əvəzedici heyətə göndərmiş, lakin sonradan onu bağışlamışdı.