"Qələbə"nin baş məşqçisi Elmar Baxşıyev "Səbail"ə qarşı ev matçından sonra mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, əvvəlcə şanlı Azərbaycan Ordusuna xitab edən mütəxəssis, sonradan bərabər hesabla başa çatan matç haqqında fikirlərini bölüşüb.

"Futboldan yox, Ordumuzdan danışmaq istəyirəm. Bizləri hər gün sevindirir, bundan sonra da sevindirəcək. Komanda olaraq onların yanındayıq. Şəhidlərimizə Allah rəhmət eləsin!"

"Fərqli hissələr izlədik. Ümumi götürəndə, komandanın oyunundan məmnunam. Sadəcə, bir az epizodları dəyərləndirməkdə çətinlik çəkirik. İnnaram ki, gələcəkdə bunları aradan qaldırıb qələbələrimizi də qazanacağıq", - deyə 40 yaşlı mütəxəssis bildirib.

Elmar Baxşıyev qələbəsizlik seriyasının futbolçularda psixiloji gərginliyə səbəb olmadığını və hər oyun qol epizodu yaradan heyətdə hər şeyin qaydasında olduğunu qeyd edib.

"Hər oyunda 4-5 qol epizodumuz olur. Bunu yaradırıqsa, deməli, hər şey qaydasındadır. Sadəcə, son nöqtəni qoymağa soyuqqanlıq çatmır".

"Qəbələ" klubunun baş məşqçisi ikinci hissədə oyunun tam alınmamasının səbəbini rəqibin müqavimətində görüb:

"Əlbəttə, rəqib də sənə müqavimət göstərir. İlk hissənin 20 dəqiqəsini yaxşı tonusda keçirdik, sonra "axsamağa" başladıq. İkinci hissəyə isə yaxşı başlamadıq. ancaq sonra toparlandıq". (Sport24.az)