Aftandil Hacıyev Premyer Liqanın 7-ci turunda 1:1 hesabı ilə başa çatan "Qəbələ" - "Səbail" matçından sonra mətbuat konfransı keçirib.

Offsideplus.az  xəbər verir ki, 39 yaşlı mütəxəssis əvvəlcə Azərbaycan ordusuna xitab edib, sonra isə baş tutan oyundan danışıb:

 "Əsgərlərimizə uğurlar arzulayıram. Dualarımız onlarladır. Bunu hər gün deməyi özümə borc bilirəm. Önəmli tarix yaşayırıq. İnanırıq ki, yaxın vaxtda cəhbədən şad xəbər eşidərik".

"Bilirdik ki, hər iki komanda məğlub olmamaq üçün əlindən gələni edəcək. "Qəbələ" qələbəsi olmasa da, asan uduzmayan komandadır. İstədiyimiz futbolu göstərə bildik. Daha yaxşı nəticə əldə etmək üçün ustalıq səviyəsi çatışmır. 1 xalı aktivimizə yazdıq. Bu, gələcək üçün pozitiv fikirlər yaradır. "Zirə"ylə növbəti turun matçında 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

"Səbail"in baş məşqçisi heç-heçə nəticənin əlverişli olduğunu qeyd edib:

"Artıq 3 oyundur məğlub olmuruq. Həqiqətən heyətimizdə çatışmazıqlar var. Bu zaman məşqçiliyə vaxt lazımdır ki, istədiyi oyunu aşılasın. Bu gün bizdə nəticəyə oynayan futbolçular azdı. Ancaq bununla belə, onlardan razıyam. Nəticəyə də çalışırıq. Əlbəttə. 3 xal istəyərdik, qol imkanlarımız oldu. Ancaq bu səfər bərabərliyi də əlverişli nəticədir" (Sport24.az).