Bu gün Azərbaycan Premyer Liqasında VI turun oyunları keçirilib. 

Offsideplus.az xəbər verir ki, "Qəbələ" "Qarabağ"ın qonağı olmağa peşman olub. Belə ki, ev sahibləri 3 xalı 3 qolla qazanıblar. Hesabı fasiləyə yollanmamışdan əvvəl Gerye açıb (1:0). 89-cu dəqiqədəki penalti şansını isə Andrade qola çevirib. Oyunda son nöqtəni isə 19 yaşlı Toral Bayramov qoyub - 3:0.

Oyunun icmalın təqdim edirik:

Azərbaycan Premyer Liqası, VI tur

16:00. "Qarabağ" - "Qəbələ" 3:0

Qollar: Gerye (43), Andrade (89), Bayramov (90+)

"Azersun Arena"