Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

Offsideplus.az xəbər verir ki, turun açılış matçında "Səbail" "Keşlə"ni qəbul edib. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Günün digər matçında "Qəbələ" "Qarabağ"ın qonağı olub. Ağdam klubu 3 cavabsız qolla "Qəbələ"ni məğlub edib.

VI tur
17 oktyabr (şənbə)
14:00. "Səbail" - "Keşlə" 1:1

Qollar: B.Həziyev (51) - R. Hacıyev (49)
Baş məşqçi: Yunis Hüseynov
"ASCO Arena"

16:00. "Qarabağ" - "Qəbələ" 3:0

Qollar: Gerye (43), Andrade (89), Bayramov (90+)
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev
Hakim-inspektor: Ömər Paşayev
Affa nümayəndəsi: Ramiz Mustafayev
"Azersun Arena"

Qeyd edək ki, VI turun "Neftçi" - "Sabah" və "Sumqayıt" - "Zirə" matçları oktyabrın 18-də olacaq.