AFFA-nın təşkilatçılığı ilə keçirilən həvəskar statuslu Region Liqası turnirinin 2020/21-ci il mövsümü üçün geyim dəstləri və forma alınması məqsədilə AFFA tender elan edir.

Offsideplus.az xəbər verir ki, müvafiq məlumatlarla aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:

Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubunu, həmçinin forma nümunələri və kataloqu 20.10.2020-ci il, saat 17:00-a qədər bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.
Ödəniş şərtləri: 50% öncədən, 50% mallar çatdırıldıqdan sonra
Çatdırılma müddəti: 09.11.2020-ci il tarixinədək
Əlavə suallarla bağlı Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.