“Sabah” klubu futbolçusu Ramil Şeydayevin başa çatan müqaviləsinin müddətini uzadıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu daha bir il paytaxt təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, yığmamızın üzvü bu ilin fevral ayından "Sabah"da çıxış edir.