İspaniya La Liqasının rəsmi "Facebook" səhifəsi Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunması münasibətilə italiyalı mütəxəssisə təbrik ünvanlanıb.

Offsideplus.az xəbər verir ki, La Liqanın səhifəsi isə AFFA-nı Azərbaycan dilində təbrik edib: "Keçmiş La Liqa baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin sükanı arxasına keçməsi münasibətilə təbrik edirik. Təbriklər, AFFA".

116773453 1697851437021057 8876658939432357415 o

İspaniyanın "Levante" (2007/2008) və "Alaves" (2017/2018) klublarını çalışdıran Canni De Byazi dünən AFFA ilə 1,5 illik müqavilə imzalayıb.