“Zirə” daha iki futbolçusu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi rumıniyalı müdafiəçi Adrian Skarlatake və Nicat Süleymanovla vidalaşıb.

Qeyd edək ki, Adrian Skarlatakenin klubla müqaviləsinin müddəti sona çatıb, Nicat Süleymanov isə “Zirə”də icarə əsasında çıxış edirdi. O, müqavilə üzrə məxsus olduğu “Qarabağ”la da yollarını ayırıb.