"Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov klubdan ayrıldığını açıqlayıb.

 Offsideplus.az xəbər verir ki, milli komandamızın sabiq üzvü bu barədə "Instagram" hesabında paylaşım edib.

Bu qərarı verməyin çətin olduğunu bildirən keçmiş müdafiəçi klub rəhbərliyinə və azarkeşlərə təşəkkür edib:

"Əziz, "Qarabağ" azarkeşləri, "Qarabağ" ailəsi. Qarabağın formasını 11 il böyük qürur və fəxr hissiylə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. "Qarabağ"dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib uğurlar arzu edirəm".

Qeyd edək ki, Rəşad Sadıqovun "Zirə" klubunun baş məşqçisi olacağı gözlənilir.

r1