"Neftçi” klubunun futbolçusu Fəhmin Muradbəyli komandaya qayıdıb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin "Səbail”lə icarə müqaviləsinə xitam verilib.

Qeyd edək ki, növbəti mövsümün hazırlığını komandanın düşərgəsində keçirəcək Muradbəyli 2013-2017-ci illər ərzində "Neftçi”nin heyətində 73 oyuna çıxıb, 6 qol vurub.