"Neftçi” klubu müqavilə müddəti başa çatan yarımmüdafiəçi Dario Frederiko ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçuya gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Dario Frederiko "Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, 5 qol vurub.