"Keşlə" klubu hücumçusu Aleksandr Kristovao ilə müqavilə müddətini yeniləyib.

Offsideplus.az xəbər verir ki, sözləşmənin şərtlərinə əsasən anqolalı futbolçu növbəti mövsümün sonunadək paytaxt təmsilçisində çıxış edəcək.

 

Qeyd edək ki, ölkəmizi yeni mövsümdə Avropa Liqasında təmsil edəcək "Keşlə" buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara, Miyusko Boyoviç, Stanislav Namaşko, Rəşad Əzizli və İlkin Qırtımovla müqavilə müddəti artırıb, Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev və Rəhman Hacıyev isə transfer olunublar.