“Zirə” klubu koronavirus pandemiyası səbəbindən yarımçıq başa çatan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə qarşılaşdığı bütün rəqiblərdən xal alıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda 20 görüşdə topladığı 23 xalı 7 müxtəlif komanda ilə görüşlərdə əldə edib.

“Qartallar” “Səbail”dən daha çox - 6 xal alıb. "Zirə"nin ən çox - 7 top vurduğu rəqib də bu komandadır.

“Zirə”nin uduzmadığı yeganə komanda “Sabah”dır. Bu rəqiblə paytaxt duellərində komanda aktivinə 5 xal yazıb. “Sumqayıt”la matçlarda isə 4 xal qazanılıb.

“Zirə” başa çatan mövsümdə 7 rəqibdən biri - “Neftçi” ilə iki dəfə, digər komandalarla üç dəfə üz-üzə gəlib.