"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov və klubun futbolçuları "COVİD-19" epidemiyasının Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə dövlət başçısı İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürülmüş təşəbbüsə qoşulub.

Offsideplus.az "koronavirus.az" saytına istinadə xəbər verir ki, Q.Qurbanov İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat, futbolçular isə ümumilikdə 50 min manat köçürüb.

Belə ki, yardım edən şəxslərin siyahısında Q.Qurbanov və "Qarabağ" klubunun futbolçularının adı əks olunub.