"Qəbələ"nin üzvü Rodriqo Qattas Azərbaycandakı vəziyyətlə bağlı ölkəsinin mətbuatına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, çilili futbolçu koronavirus pandemiyasının burada daha az yayıldığını bildirib:

"Azərbaycanda virusa yoluxanlar digər ölkələrdəki qədər deyil. Çətin bir dövrü keçiririk. İnsanlar qorxu içindədirlər. 2-3 gündən sonra hər yer bağlanacaq. Evdəyəm, ehtiyac yarandıqda çölə tək çıxıram. Burada vəziyyət nisbətən normaldır, insanlar qoruyucu maska taxırlar".