Azərbaycan I Divizionu və Premyer Liqasının oyunlarının başlama müddəti uzanacaq.

Offsideplus.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) yaydığı açıqlamada aprelin 14-dək qədər bərpa olunmayacağını bildirilib: "Əgər 14 aprel tarixində tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, PFL olaraq klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcəyik və daha sonra yarışların bərpa tarixini ictimaiyyətə açıqlayacağıq".

Qeyd edək ki, UEFA dünən keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların 30 iyuna qədər yekunlaşdırılmasını bildirib. PFL hesab edir ki, bu tarix Azərbaycan Premyer Liqası və I Divizionunun bərpası və başa çatdırılması üçün uyğundur.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Premyer Liqasının 4, I Divizionun isə 3 turunun təxirə salınacağı açıqlanıb.