Malinin U-23 yığmasının üzvü Klement Kanute karyerasını Azərbaycanda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçi ilə Premyer Liqa təmsilçilərindən biri maraqlanır. Son olaraq "Liepaja"da çıxış edən Kanute Azərbaycanda 2 kluba təklif olunub. Onlardan biri yaxın günlərdə müdafiəçini baxışa dəvət edəcək.