“Səbail”in futbolçusu Şəhriyar Rəhimov Azərbaycan çempionatlarında 250-ci oyununa çıxıb.

Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, yubiley Premyer Liqanın XVIII turunun “Sabah”la qolsuz heç-heçənin baş verdiyi səfər matçında qeydə alınıb.

2007/2008 mövsümündə “İnter” (indiki “Keşlə”) komandasının heyətində debüt edən Rəhimov sonradan AZAL, “Rəvan”, “Sabah”, “Karvan” və “Kəpəz”in formasını geyinib.

Qeyd edək ki, Şəhriyar Rəhimovun hesabında 14 qol var.