Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Qarabağ” - "Sumqayıt" matçı meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. 

Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev ölkə çempionatlarının yüksək liqasında 300-cü matçını keçirib.

Qeyd edək ki, Medvedevin debütü 2006/2007 mövsümündə gerçəkləşib. O, 14-cü mövsümünü keçirdiyi Premyer Liqada yalnız bir klubda çıxış edib və hesabında 10 qol var.