Bu gün Azərbaycan Premyer Liqasının XVIII turuna yekun vurulub.

Offsideplus.az xəbər verir ki, günün son matçında "Qarabağ" "Sumqayıt"ı sınağa çəkib.

Tofiq Bəhramova adına stadionda keçirilən görüşdə "Qarabağ" minimal hesabla qalib gəlib. Yeganə qolu 49-cu dəqiqədə Mahir Emreli vurub.

18:00. “Qarabağ” – “Sumqayıt” 1:0

Qol: Mahir Emreli, 49

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika Stadionu