“Səbail” klubu fevralın 23-də Azərbaycan Premyer Liqasının 18-ci turunda “Sabah”la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin yeni transferi Hendrik Ekşteyn sabiq klubuna qarşı ilk matçına çıxa bilər.

Cənubi afrikalı yarımmüdafiəçi açıqlamasında qarşıdakı görüşlə bağlı qısaca danışıb: “Mən bu oyuna xüsusi münasibət bəsləmirəm. Vacib odur ki, 3 xal qazanaq. Bilirik ki, "Sabah" çətin rəqibdir. Lakin qələbə üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Sabah" mövsümün əvvəlində transfertdiyi Ekteynllə qışda yolları ayırıb.