"Səbail"in yeni transferi Lema Mabidi sürprizlə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, paytaxt klubu ilə 4 aylıq müqavilə bağlayan Mabidi Mərakeşdən ("Raca Kasablanka") alqışlarla yola salınıb. Konqo Demokratik Respublikası yığmasının üzvünün klubdan ayrılmasını öyrənən minlərlə azarkeş stadiona axın edərək, onunla vidalaşıblar.

Göz yaşlarını saxlaya bilməyən afrikalı futbolçu tərəfdarlarla emosional tərzdə vidalaşıb. // Sportinfo.az