“Səbail” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Lema Mabidi Çikitonu transfer edib.

26 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, “Səbail”də 8 nömrəli formanı geyinəcək.

Mabidi son olaraq Mərakeşin “Raca Kasablanka” klubunda çıxış edib. O, karyerası ərzində ölkəsində “AS Vita Klub” və Tunisdə “Sfaksien”in də formasını geyinib.

2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi yığma komandada 23 oyun keçirib.